
Əvəz Zeynallı məhkəmədə həbsinin arxasında Ramiz Mehdiyevin dayandığını söylədi
Avqustun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib.
Prosesdə şahid qismində Nərimanov rayon İcra Məmurları Şöbəsinin rəisi Kamal Əliyev və şöbənin böyük icra məmuru Müşfiq Əlirzayev ifadə verib.
Kamal Əliyev ifadəsində göstərdi ki, Əvəz Zeynallı müğənni Nüşabə Ələsgərliyə təzminatı ödəsə də, qəzetdə təkzib verməyib. «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərova ödəməli olduğu 1000 manat təzminatın isə 332 manatını ödəməyib.
Onlar məhkəmə icralarının yalnız dörd məhkəmə qərarı ilə əlaqədar həyata keçirildiyini bildirdilər. Yalnız üç iddiaçının – müğənni Nüşabə Ələsgərlinin, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovun və KİV-ə Dövlət Dəstəyi Şurasının rəhbəri Vüqar Səfərlinin adını çəkdilər.
«İDDİAÇININ BİRİ DƏ RAMİZ MEHDİYEV OLUB»
Əvəz Zeynallı:
Şahid Kamal Əliyev:
Əvəz Zeynallı:
Şahid:
Əvəz Zeynallı:
Bundan sonra Kamal Əliyev məhkəməyə bildirdi ki, daha bir iddiaçı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olub. Onun iddiası əsasında çıxarılmış məhkəmə qətnamələri əsasında redaksiyanın əmlakı müsadirə olunub.
Əvəz Zeynallı:
Kamal Əliyev:
3 ŞAHİD QALDI…
Şahidlərin ifadələrində ziddiyyətlər aşkarlandığından məhkəmə 3 saat ərzində cəmi iki şahid dindirə bildi. İş vaxtı bitdiyinə görə dəhlizdə gözləyən digər üç şahidin dindirilməsinə vaxt çatmadı.
Sonra hakim elan etdi ki, hakim heyəti məzuniyyətə getdiyinə görə məhkəmə iclasları qeyri-müəyyən vaxtadək təxirə salınır.
«MƏHKƏMƏDƏ ƏVƏZ ZEYNALLININ ƏDALƏTLİ MÜHAKİMƏ OLUNMAQ HÜQUQLARI POZULUR»
Məhkəmədə baş redaktorun nümayəndəsi olan Media Hüquqları İnstitutunun direktoru Rəşid HacılıAzadlıqRadiosuna deyib ki, iclasların gedişinə həbsin sifarişli olduğu özünü daha qabarıq göstərir:
Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə deputat Gülər Əhmədovadan pul tələb etməkdə ittiham olunub. Sonradan ona qarşı daha bir neçə iddia irəli sürülüb. Lakin hüquq müdafiəçiləri bu həbsi siyasi sifariş sayırlar.
http://www.azadliq.org/content/article/24663811.html
Proses məhkəmə heyətinin məzuniyyətə getməsilə əlaqədar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.
QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
XuralTAC Ə.Zeynallının ötən məhkəmələrindən hazırlanmış sinxronları tam olaraq oxucuların diqqətinə çatdırmağa çalışacaq. Bizi izləməkdə davam edin.
XuralTAC




