Əvəz Zeynallı azadlıqda

azadliq 230.12.2014

Əvəz Zeynallı digər həbsdə qalanlara da azadlıq  arzulayıb 

Azərbaycan prezidentinin dekabrın 29-da imzaladığı əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Sərəncam müəssisədə cəza şəkənlərdən beş nəfərə şamil edilib. Onlardan biri də jurnalist Əvəz Zeynallıdır.

Əvəz Zeynallı jurnalistlərə açıqmasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq  arzulayıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov müəssisədə əfv sərəncamının icrası mərasimində deyib ki, dünən imzalanan əfv sərəncamı 87 məhkuma şamil edilib. Beş nəfər cərimə cəzasından, üç nəfər isə islah işlərindən azad olunub. Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi 6025 məhkum cəzasının qalan hissəsindən azad edilib.
H. Əlixanov onu da bildirib ki, Əfv Komissiyası ciddi araşdırmalar aparandan sonra həmin şəxslər əfv olunur: “Əfv edilənlərin çox az  qismi soradan cinayər törədir. Bu da onu göstərir ki, onlar ümidləri doğruldurlar”.
Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.
Bu müəssisədən isə 10 məhkum azadlığa çıxıb. Sərəncamın icrası jurnalsitlərin iştirakı ilə həyata keçirilib. (apa)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button