Ərəb Parlamentinin prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir edir

Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirib.

O, bu barədə mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırıb.

Qonaq ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button