Əhsən sənə, Toğrul!

13.08.2012 
Azərbaycan bayrağını olimpiya oyunlarında zirvələrə ucaldan Toğrul Əsgərov daha bir həqiqəti anlatdı. Azərbaycana qızıl medalları azərbaycanlılar gətirməlidirlər.
London Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı Toğrul Əsgərov qazandırdı
XXX London Yay Olimpiya Oyunlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Toğrul Əsgərov Azərbaycana ilk qızıl medalı qazandırdı. Tim Şleyçer (Almaniya) və Keniçi Yumota (Yaponiya) üzərində inamlı qələbə qazanan T.Əsgərov yarımfinalda ABŞ idmançısı Koleman Skottu məğlub edərək həlledici mərhələyə keçmişdi. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı Besik Kuduxov olub. Gərgin keçən görüşdə T.Əsgərov qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. London Olimpiadasında möhtəşəm qələbə şərəfinə Azərbaycanın dövlət himni səslənib və üçrəngli bayrağımız qaldırılıb.
Legionerlər, yoxsa özümüzünkülər?
Azərbaycanı təmsil edən 53 idmançıdan yarıya qədəri müxtəlif ölkələrdən alınmış legioner idmançılardır. Onlar istər maddi, istərsə də imkan və şərait baxımından Azərbaycan idmançılarından kifayət qədər fərqli münasibət görürlər. Ən iri dövlət məmurlarının himayəsində olan idman sahəsi maddi cəhətdən digər inkişaf etmiş ölkələrin bu sahəyə qoyduqları vəsaitdən qat-qat artıq maliyyələşdirilir, lakin bu imkanlar azərbaycanlılara deyil, legionerlərə yaradılır. Səbəb açıq göstərilməsə də, bu münasibətin məmurların yerli idmançılara olan aşağılayıcı münasibətlərindən irəli gəldiyi söylənilir. Bu Olimpiya oyunlarında da medal alan 10 idmançıdan 6-nın legioner olması o demək deyil ki, onlar daha fərqlidirlər. Əgər onlara yaradılan imkanlar yerli idmançılara yaradılarsa, bu göstəricidən kifayət qədər yüksək göstərici əldə etmək olar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button