Əhəd Abıyev daha icra başçısı deyil

Yayımlandı: 17 İyul 2023 21:32

Ölkə başçısı yeni sərəncam imzaladı

Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İyulun 17-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Əhəd Abıyev 2011-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

O, 2018-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvü olan Əhəd Abıyev I, II və III çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.

Foto: Daşkəsən Rayon İcra Hakimiyyəti

Əhəd Abıyevin adı sosial şəbəkələrdə və mediada çox hallanırdı. Onun 2016-cı ildə Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbirdəki  hərəkəti uzun müddət müzakirə predmeti olub.

Söhbət Əhəd Abıyevin güclü yumruq zərbəsi ilə şifer lövhəsindən hazırlanmış Ermənistanın bayrağını vurmasından gedir.
Amma sonradan məlum olub ki, icra başçısının yumruqla vurduğu Ermənistanın yox, Kolumbiya Respublikasının bayrağı olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button