Əfqanıstanda zəlzələdə azı 8 nəfər həlak olub

Bu gün səhər saatlarında Əfqanıstanın şərqi Cəlalabad şəhərində 5.3 bal gücündə zəlzələ baş verib

Ötən gecə Əfqanıstanın şimal-şərqində zəlzələdə azı səkkiz nəfər həlak olub. Rəsmilər məlumatı sentyabrın 5-də yayıb.

Kunar vilayət valisinin sözçüsü Mövləvi Nəcibulla Hənif jurnalistlərə ölü sayının arta biləcəyini deyib.

Bu gün səhər saatlarında Əfqanıstanın şərqi Cəlalabad şəhərində 5.3 bal gücündə zəlzələ baş verib.

Hənif ötən gecəki zəlzələnin maliyyə və insan itkisinə səbəb olduğunu bildirib.

İyunda Əfqanıstanın şərqində zəlzələdə min nəfərdən çox insan həlak olub, bir neçə yaşayış məntəqəsi dağılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button