
Ədliyyə naziri: “Azərbaycanda məhkəmələrin işi daim təkmilləşdirilir”
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə böyük töhfə verir: “Qanunun aliliyi və insan hüquqlarının qorunması ilə bağlı çağırışlara Konstusiya Məhkəməsi səs verir. Konstusiya Məhkəməsi müasir standartlara uyğun aparılan hüquqi islahatlarda fəal iştirak edir. Bu məhkəmə qanunvericiliyin təkmilləşdirilməsinə böyük töhfə verir və məhkəmə hakimiyyətinin müstəqil özünüidarəetmə orqanı olan Məhkəmə-Hüquq Şurasında təmsil olunur”.
Nazir vurğulayıb ki, hazırda özünün ən qüdrətli dövrünü yaşayan ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı azad edib: “Bununla da tarixi ədalət bərpa olunub. Həmin ərazilərdə Konstitusiyamızın hüquqi qüvvəsi bərpa edilib. Artıq azad edilən ərazilərimzdə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli yenidənqurma və bərpa işləri aparılır”.



