Əvəz Zeynallının məhkəməsi iyulun 25-də saat 11.00-da davam edəcək

24.07.2012

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi İyulun 25-də saat 11.00-da davam edəcək. Prosesdə millət vəkili Gülər Əhmədovanın iştirakı və baş redaktorun açıqlamaları gözlənilir.

 Xatırladaq ki, artıq 15 gün, 2 məhkəmə prosesidir ki, Gülər Əhmədova qanunun tələblərinə tabe olmur və deputat səlahiyyətlərini bəhanə kimi ortaya ataraq məhkəmədə iştirak etmir. Halbuki o məhkəmə zalına daxil olanda, zalı tərk edən müddətə qədər qanunla deputat toxunulmazlığı ləğv olunmalıdır. Qanunun bu tələbi nə üçünsə hakim tərəfindən yerinə yetirilmir. Bu günədək cəmi bir nəfər şahid qismində məhkəmədə iştirak etməyə gəlib. Qalanlarının iyulun 25-də ifadə verəcəyi təxmin edilir. Çünki şahidlərdən bir qism artıq məhkəmə tərəfindən onlara da “bildiriş” göndərildiyini deyiblər.

Məlumat üçün bildirək ki, baş redaktorun iyulun 11-də keçiriləcək məhkəmə prosesi də hakim Ramella Allahverdiyevanın rahatsızlığı səbəbindən baş tutmamışdı.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button