Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən çıxıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Sona Vəliyevanın bu qurumdan çıxmasını təsdiqləyib.

Onun sözlərinə görə, S.Vəliyeva bir müddət öncə MTRŞ üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına müraciət edib.

“Prezident S. Vəliyevanın istefa ərizəsini qəbul edib. Onun səlahiyyətləri noyabrın 15-dən bitir”, – N.Məhərəmli Turan-a bildirib.

Qeyd edək ki S.Vəliyevanın MTRŞ üzvü təyin edilməsi barədə sərəncam 2013-cü il noyabrın 14-də verilib. O 6 müddətinə təyin edilmişdi.

S. Vəliyeva Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button