BALAQADAŞOV MÖVLAM ŞIXƏLİYEVLƏ BAĞLI İMİŞ

Balaqadaşov “Çoban Bulağı”nın şəriki imiş...

Dünən YAP Xaçmaz Rayon Təşkilatının eks sədri Məhəmməd Balaqadaşovun saxlanılması barədə xəbər verilmişdi.

Bir neçə saat sonra Məhəmməd Balaqadaşov bu məlumatı şəxsən təkzib etdi. 

Xural.org xəbər verir ki, gununsesi.info yayılmış bu ziddiyyətli xəbərlə bağlı bir sıra yeni məlumatlar əldə edib.

Bəlli olub ki, yaranmış situasiyaya səbəb MTN-nin İstintaq Baş İdarəsinin hazırda həbsdə olan sabiq rəisi Mövlam Şıxəliyevin müsadirə olunan əmlakları arasında məşhur “Çoban Bulağı” istirahət mərkəzidir.

Bu istirahət mərkəzinin bir şərikinin isə YAP Xaçmaz təşkilatının sədri Məhəmməd Balaqadaşovun olması barədə hələ bir neçə gün əvvəl xəbər yayılmışdı.

Məhkəmə qərarı əsasında müsadirəyə yönləndirilən “Çoban Bulağı”nın şərikli obyekt olması isə məhkəmə qərarının icrası üçün maneə yaradıb.

Bildirilir ki, Məhəmməd Balaqadaşovun ətrafında baş verənlər də bu proseslə bağlıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button