BAKIDA YANĞIN BAŞ VERDİ

Bina sakini tüstüdən zəhərləndi

İyulun 12-də saat 22:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Xural.org xəbər verir ki, bu barədə bakupost.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.
1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button