Nazir vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 12-də saat 09:00-da Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button