Əməkdar artistlə vida mərasimi keçirilib

Yayımlandı: 30 May 2023 13:03

Elxan Qasımov Xırdalan qəbristanlığında dəfn olunacaq

Əməkdar artist, kinoaktyor Elxan Qasımovla vida mərasimi keçirilib.

Mərhumun evində keçirilən mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Elxan Qasımov Xırdalan qəbristanlığında dəfn olunacaq.

Elxan Qasımov “Əhməd haradadır?” filmindən “sürücü Əhməd” kimi tanınırdı.

Bu, aktyorun kinoda ilk işi olub.

O, 1945-ci il aprelin 24-də Naxçıvanda doğulub.

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifi olub.

2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Aktyor indiyədək qırxdan yuxarı filmə çəkilib.

Aktyorun mayın 29-da aorta anevrizmasının partlaması səbəbi ilə vəfat etdiyi bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button